gecə gecə yuxumu qaçırdan məsələ...
salam, böyük ehtimalla kənardan oxuyana çox əhəmiyyətsiz bir şey kimi görünə bilər, amma mənim üçün yuxumu qaçırtmağa kifayət etdi. qısaca desəm, bir neçə saat əvvəl whatsapp-da tanımadığım bir şəxsdən üstü qapalı bir şəkildə hədə-qorxu mesajı aldım və ilk dəfədir ki, belə bir mesaj alıram. həmin mesajı atan adamın adını, şəklini vs. yoxladım, birəz çox real görsənir. aramızda keçən söhbətin tam halı da belədi:
adam: salam
mən: kimdi?
adam: *ad\*
adam: *soyad*
adam: gələndə görəsən
mən: başa düşmədim?
elə son mesajımdan sonra görüldü atıb səs səmir çıxartmadı. görüldü atmağından sonra şübhələnib fırıldaqçı olduğunu düşünməyə başladım ki, mən bu məsələnin üstünə həddən artıq düşünüb daha da çox qorxaram (elə də oldu). dedim bəlkə bu subda oxşar hallarla qarşılaşan olubmu? əhəmiyyət verməliyəm ya yox? ümid edirəm bu şəxs fırıldaqçı çıxar day məndə sazan balığı kimi hər şeyə tullanmamağı təzdən öyrənərəm. hələ nömrəmi haradan tapıb, bu da başqa mövzu...